Paşinyanın istefasını tələb edən 17 partiya hansılardır? – Siyahı

  • 22:42 - 09 Noyabr

Ermənistanda fəaliyyət göstərən 17 müxalifət partiyası Dağlıq Qarabağdakı vəziyyətə görə baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb.

Rusiya mediası xəbər verir ki, bəyanatda Ermənistanın hazırkı iqtidarı Qarabağ və ətraf ərazilərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatına mane ola bilməməkdə ittiham olunub: "Nəticədə çox böyük ərazi və insan itkisinə məruz qalmışıq".

Bəyanatda ölkənin daxili və xarici siyasəti pislənir, buna görə Paşinyan iqtidarı təqsirkar bilinir.

Müxalif partiyaların fikrincə, Paşinyan və onun hökuməti dərhal və könüllü olaraq iqtidardan getməlidir. Bundan sonra ölkədəki siyasi və ictimai təşkilatların iştirakı ilə təcili "keçid hökuməti" yaradılmalıdır.

Bəyanatı aşağdakı siyasi partiyalar imzalayıb:

Ermənistan Respublika Partiyası

"Çiçəklənən Ermənistan"

"Daşnaktsutyun"

"Azadlıq"

"Milli Təhlükəsizlik"

"Milli Gündəm"

"Milli Demokratik Birlik"

"Milli razılıq"

"Alyans"

"Demokratik Alternativ"

"Yerkir Tsirani"

"Həmrəylik"

"Ermənistanın Milli Liberal Birliyi"

"Ermənistan Xristian Demokratik Birliyi"

"Vətən"

"Vahid Ermənistan"

"Konstitusiya Qanunu Birliyi"

Musavat.com


Oxunma sayı: 3895

Oxşar yazılar