Dünyada koronavirusa yoluxanların sayı 50 milyon nəfəri ötüb

  • 09:38 - 09 Noyabr

Dünyada koronavirusa yoluxanların sayı 50 052 204 nəfərə çatıb.

Avropa.info-nun məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ümumilikdə koronavirusun yaratdığı xəstəlikdən 1 252 471 nəfəri ölüb, 32 868 236 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (9 879 323), Hindistanda (8 507 754) və Braziliyada (5 653 561) qeydə alınıb.


Oxunma sayı: 4049

Oxşar yazılar