Co Baydenin ABŞ-da prezident seçkilərində qalib gəldiyi bildirilir

  • 20:55 - 07 Noyabr

ABŞ-da Demokratlar Partiyasından prezidetliyə namizəd Co Baydenin prezident seçkilərində qalib gəldiyi bildirilir.

Avropa.info xəbər verir ki, bu haqda ABŞ mediası məlumat yayıb. 

Məlumata görə, Pensilvaniya ştatının nəticələri açıqlanıb və Bayden səs sayına görə Trampı keçib. 

Namizəd seçkini qazanmaq üçün 538 seçici kollegiyası səsindən 270-ni yığmalıdır.

Hazırda Baydenin 273, Tramp isə 213 seçici səsi qazandığı qeyd olunub.


Oxunma sayı: 4368

Oxşar yazılar