Bayden həlledici ştatda Trampdan qabağa keçdi

  • 13:51 - 07 Noyabr

Demokrat Partiyasından prezidentliyə namizəd Co Bayden səslərin sayıldığı Corciya ştatında hazırkı prezident Donald Trampla arasındakı səs fərqini yeddi minə çatdırıb.

Avropa.info xəbər verir ki, Bayden Trampın uzun müddət liderlik etdiyi Corciyada liderliyi əlinə alıb. Trampın qərargahı Corciyada səslərin yenidən sayılması zamanı səhv sayılan bülletenlərin tapılacağına və mövcud ABŞ prezidentinin orada qalib gələcəyinə inandığını bildirib.

Son məlumatlara görə, bu ştatda Bayden % 49.4, Tramp % 49.3 səs alıb. Demokrat namizəd 7.248 səslə hazırkı Trampı qabaqlayır.


Oxunma sayı: 3895

Oxşar yazılar