"ABŞ prezident seçkiləri İran siyasətinə təsir etməyəcək" - Abbas Araqçı

  • 13:17 - 07 Noyabr

ABŞ prezident seçkilərinin nəticələri İran siyasətinə təsir etməyəcək.

Avropa.info xəbər verir ki, bu sözləri İran dövlət radiosuna mühasibə verən XİN müavini Abbas Araqçı deyib. 

"ABŞ-dakı prezident seçkilərinin İran siyasətinə təsiri olmayacaq. Yeni şərtlər formalaşarsa, İran da öz milli maraqlarını qorumaq üçün bu şərtlərə uyğun həll yolları inkişaf etdirəcək" - o, deyib.

Araqçı demokratların namizədi Co Baydeni seçkini qazanacağı halında İran nüvə proqramına qayıtması ilə bağlı sualına belə cavab verib:

"Bu məsələ ilə bağlı danışmaq hələ tezdir. Bir çox problem var, amma hər şeydən əvvəl ABŞ-ın aparacağı siyasəti gözləmək lazımdır".


Oxunma sayı: 5578

Oxşar yazılar