İran Azərbaycan və Ermənistanla sərhədə tank birləşmələri yeritdi

  • 11:53 - 07 Noyabr

İran Azərbaycan və Ermənistanla sərhəddə zirehli tank birləşmələri yerləşdirib.

Avropa.info xəbər verir ki, bu barədə İran şimal-qərb bölgəsi üzrə ordu qərargahının komandiri, ikinci briqada generalı Əli Hacılu məlumat verib. 

O, İran ordusunun ölkənin sərhəd bölgələrinin istənilən təcavüzdən qorunmasına görə məsuliyyət daşıdığını qeyd edib.

Azərbaycan və Ermənistan arasındakı son döyüşləri şərh edən general bildirib ki, İranın şimal-qərbindəki ordunun quru qoşunları regionda təhlükəsizlik və sülhün təmin edilməsi missiyasını yerinə yetirirlər.

O, həmçinin bildirib ki, şimal-qərb bölgəsində ordu qərargahı artıq bu rayonu izləmək üçün bir sıra qüvvələr göndərib və hazırda bu missiyada bölgənin zirehli tank qüvvələri də iştirak edir.


Oxunma sayı: 11199

Oxşar yazılar