Ermənistanda sutkalıq yoluxma 2500 nəfərə yaxınlaşır

  • 11:29 - 07 Noyabr

Ermənistanda son sutka ərzində 2476 koronovirus xəstəliyi qeydə alınıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzindən məlumat verilib.

Ümumilikdə noyabrın 7-də səhər saatlarında yoluxma hallarının ümumi sayı 104249-ə çatıb.

Hazırda faktiki olaraq 39055 xəstə müalicə olunur. Son sutkada onların sayı 967 nəfər artıb.

Sutka ərzində koronovirus nəticəsində 27 vətəndaş vəfat edib, ölən xəstələrin ümumi sayı 1533-dür. Digər səbəblərdən ölən koronovirus xəstələri 6 nəfər olub. Bu cür halların ümumi sayı 403-dür.


Oxunma sayı: 3532

Oxşar yazılar