Əsirlikdə müsəlman olan fransız səhiyyə mütəxəssisindən İslamafob Makrona ittiham dolu məktub : " Müsəlmanlar Hz İsanı səndən və bütün Avropalılardan çox sevirlər"

  • 15:22 - 31 Oktyabr

Fransız səhiyyə mütəxəssisi olan və uzun illər Malidə çalışan Sofi Petronin 2016-cı ildə Afrika ölkəsində qaçırılmışdı. Dörd il əsirlikdə olan Sofi Petronin əsirlikdən Fransaya qayıtdığı zaman İslamı qəbul etdiyini və müsəlman olduğunu açıqlamışdı. Fransa prezidenti Emmanuel Makronun da iştirak etdiyi qarşılanma mərasimində Sofi Petroninin müsəlman olduğunu açıqlaması və adını Məryəm olaraq dəyişdirməsi şok effekti yaratmışdı. 

Avropa.info xəbər verir ki, son günlər Makronun İslam dini əleyhinə fikirlərindən narahatçılıq keçirən Sofi Petronin Fransa prezidentinə açıq məktub yazaraq, onu sərt şəkildə tənqid edib. Dünyanın bir sıra nüfuzlu media orqanlarında dərc olunan həmin məktubun tərcüməsini təqdim edirik.

Cənab Makron! Doğru yola gedən hər kəsə salam olsun .. Mən Sofi Pétronin fransız, xristian və katolik bir ağ irqli qadın olaraq, 75 il xristian olaraq yaşamış, son dörd ildə müsəlmanlar arasında əsir olmuşam. Siz mənim İslam dinini seçdiyimə görə təəccübləndiniz və şok oldunuz. Cənab Makron! Bəli, Afrikanın yoxsul ölkəsi olan Malidə müsəlmanların girovuydum, amma onlar heç vaxt mənə qarşı pis və çirkin davranmadılar və hətta son dərəcə hörmətli olmağı bacardılar. Nadir imkanlarına baxmayaraq, məndən yemək və içməkdən nəyi sevdiyimi soruşdular və həmişə təmin etməyə çalışdılar. İffətimə çox hörmət etdilər və bu məsələni heç vaxt pozmadılar. Bilmənizi istəyirəm ki, bunların heç biri məni şifahi və ya fiziki cəhətdən incitməyib, digər tərəfdən öz dinimin simvollarını, nə Hz. İsa Məsih, nə də Hz. Məryəmi təhqir etmədilər, başqa sözlə, heç vaxt sizin İslam peyğəmbəri Həzrəti Məhəmmədlə (s.a.s) davrandığınız kimi davranmadılar. Heç vaxt İslam dinini mənə məcbur etmədilər, amma mən onların əxlaqından, sadə həyat tərzlərindən, dürüstlüklərindən və mərhəmətlərindən İslamın hansı dinə aid olduğunu yaxından gördüm. Az miqdarda suyun olmasına baxmayaraq özlərini təmiz saxlayır, gündə beş dəfə Allahın qarşısında durur, qarınları doymamış olmasına baxmayaraq Ramazan ayında oruc tutur, dinlərinin əmrlərinə tabe olur, aclıq və yoxsulluq çətinliklərinə baxmayaraq ruhlarını qaraltamadan etik bir şəkildə yaşadıqları dinin əmrlərinə tabe olurlar. 

Cənab Makron! Malidə yaşayan müsəlmanlar çox kasıbdırlar və üstəlik yaşadıqları bu ölkə kasıb bir ölkədir. Onların Eyfel kimi qüllələri, Luvr kimi muzeyləri, Versal və Yelisey kimi sarayları yoxdur, hətta ətirləri demirəm, Fransanın o məşhur ətirlərinin adlarını belə bilmirlər, amma təmiz bədənləri, yumşaq ürəkləri və parıldayan ruhları var. Bəli, özlərini sübut etmək üçün bəzəkli restoranlarına, lüks avtomobillərinə, çoxmərtəbəli göydələnlərinə və ya rəqs meydançalarına sahib olmaya bilərlər, lakin istəkləri buludlardan daha yüksək, inancları dağlardan daha güclü və ruhları dolğunluğa çatmaq üçün geniş ərazilərə yüksələndir. 

Cənab Makron!Quran tilavətini heç dinləmisinizmi? Ancaq onlar bütün namazlarında gecə-gündüz Quran oxuyurlar. Dinləsəniz, nə qədər gözəl bir şey olduğunu anlaya bilərsiniz. Bədəninizin mənasını anlamadığınız halda belə necə titrəyəcəyini, ruhunuzun o harmoniyaya necə qapıldığını, insanın içində necə işlədiyini görərdiniz. Onlar bu ilahi sözləri əzbərləyirlər! .. Sonra bu sözlərin insana aid olmadığını, aləmlərin üstündəki bir söz olduğunu və bizə cənnətdən bir hədiyyə olaraq təqdim olunduğunu başa düşürsən. Sonra təəccüblənir və mənasını öyrənmək arzusunda olursan. Nəhayət, ondan daha cəlbedici bir ifadə olmadığını başa düşürsən. Cənab Makron! Heç alnınızı yerə qoyub mərhəmət dolu bir dəfə Allaha səcdə etdinizmi? Yaşadığınız çətinliklər, həll edilə bilməyən məsələlərin həlli barədə Onunla məsləhətləşdiniz və ümidlərinizi Onunla bölüşdünüzmü? Bizə verdiyi nemətlərə görə bir dəfə də olsun təşəkkür etdinizmi?Heç Allaha özünüzü yaxın hiss etmisinizmi? Onun yanında olduğunuzu, O da sizinlə olduğunuzu fərq etdinizmi? Orada yaşayan, çox düzgün və yoxsulluq içində yaşayan müsəlmanlar bunları edir. Onların mənəvi zənginliklərinə baxın və keçirdikləri yoxsulluğa baxın. Cənab Makron! Qadınları kömür kimi qaradır, ürəkləri süddən daha ağdır. Çox sadə və geniş paltar geysələr də, ərləri tərəfindən çox mehriban və gözəl hesab olunurlar. Heç vaxt yad kişilərlə qalmaz, əri yoxkən yad kişini evinə buraxmaz, günah, dedi-qodu və qüsurlar axtararaq bu məsumiyyəti murdarlamırlar. İçmirlər, qumar oynamırlar, zina etmirlər, homoseksuallığı bilmirlər və ərlərini köpəklərinə buraxmırlar. 

Cənab Makron! Bu bölgədəki müsəlmanlar bütün İlahi peyğəmbərlərə, İsa Məsihə və Məryəm anaya bizdən daha çox hörmət edirlər. Bakirə Məryəmə olan sevgi və məhəbbətim səbəbindən adımı Məryəm etdim. Məryəmi İslam Peyğəmbərinin qızı Fatimə və həyat yoldaşı Xədicədən ayrı görmürlər. Cənab Makron! İsa Məsihə bizdən daha çox hörmət etdiklərini və xeyir-dua verdiklərini soruşsanız; Sizə belə cavab vermək istərdim: Bəli, onlar bizdən çox İsanı sevirlər. Məsih adı ilə bir çox günahsız kasıb insanların qanını tökdük, sonra onları kölə etdik, bütün yeraltı və yerüstü sərvətlərini talan etdik, bu gününü və gələcəyini məhv etdik. Qeyri-insani müstəmləkə ilə, amansız təhsilimizlə onlarla mübarizə apardıq və müsəlman ölkələrinin sərvətlərini ələ keçirdik. İnkişaf etdirmələri üçün bir çox layihəmiz olsa da, onları təzyiq altında kölə kimi istifadə etməyə davam etdik, aralarında fitnə-fəsad saldıq, ölümcül silahlar satdıq və sonra müsəlman xalqları terrorçu kimi etiketlədik, lakin müsəlmanlar terrorçu deyildilər! Ancaq girovlara bizim kimi deyil, müqəddəs kitablarda yazılmış, kilsələrdə öyrədilən və bu gün yer üzündə əlamətləri görünməyən İsa Məsihin əxlaqı ilə yaxınlaşmağı üstün tutdular.

 Cənab Makron! Nəhayət əsirlikdə olduğum zaman əziz Mali torpağında İslamı qəbul etdiyimi elan etmək istəmədim. Çünki məni İslamı qəbul etməyə məcbur etdiklərini iddia edəcədin; Bu səbəbdən azad olacağımı və öz ölkəmdəki Fransadakı milyonlarla fransıza, yaşadığım qitəyə, xristian dinini tərk edərək müsəlman olmağa səslənəcəyim günü gözlədim. Cənab Makron! Budur, gecə-gündüz ona qarşı çalışıb, sui-qəsdlərə və hiyləgərliklərə əl atdığınız, beynəlxalq təşkilatlar və kəşfiyyat birlikləri ilə yaşadığı torpaqlara min bir bəhanə ilə hücum etdiyiniz, Fıratdan Nilədək sahib olduğu torpaqları dağıtdığınız və nəhayət terrorun qoruyucusu olduğunu iddia etdiyiniz İslam dinini qəbul etdim. Ancaq sənə demək istərdim ki, İslam qəlbimdə xəyal belə edə bilmədiyim bir barış və mərhəmət yaratdı, zehnimi bütün pis düşüncələrdən təmizlədi və hisslərimi yaşatdı. Artıq bütün şan-şöhrəti ilə parlayan Fransanı, kasıb, lakin təvazökar olan və etdiyiniz zülmə görə hər qarış ağrısını alan Maliyə, kasıb olmasına baxmayaraq o çox məhsuldar torpağa qayıtmağa qərar verdim. Ancaq bu çevrilişi Fransada yaşayan ailəm və dostlarım, vətənim və gələcəyi üçün narahat olduğum Avropa xalqına müqəddəs İslam dini haqqında danışdıqdan sonra edəcəyəm. Ümid edirəm xalqım ən qısa zamanda xilas olacaq. Bütün dinlərin bizə vəd etdiyi xilaskarın mübarək vədini onlara demək istəyirəm. 

Cənab Makron! Sizi bu izzət dininə dəvət edirəm; Bu din, Adəmdən Nuha, İbrahimdən Musaya və hətta İsa Məsihə, nəticədə insanların ən üstü Məhəmmədə ötürülən İslam dinidir. Ümid edirəm ki, İslamın mərhəmətli günəşi qaranlığa basdırılmış bu dəhşətli planetə işıq saçır. Hər yerdə sülh beləcə əhatə olunur. Əlbətdə ki, bu Uca Allah üçün çətin bir şey deyil. Allaha güvəndim və dönüşüm mütləq Ondadır. Doğru yola gedənlərə salam olsun! İslamın kölgəsində yenidən doğulan Mariam Petronin.

Avropa.info üçün tərcümə etdi Azər Hüseynov 


Oxunma sayı: 19757

Oxşar yazılar