Kanadanın Baş Naziri Makronu mövqeyindən kənara çəkilməyə çağırdı

  • 13:39 - 31 Oktyabr

İfadə azadlığı sərhədsiz deyil və bu bəzi qrupların özbaşına və lazımsız cinayət törətməsinə səbəb olmamalıdır.

Avropa.info xəbər verir ki, bu sözləri Kanada baş naziri Castin Trüdo fransız jurnalı "Çarli Hebdo"nun Məhəmməd peyğəmbərin karikaturalarını paylaşmasına münasibət bildirərkən deyib.

"Hər zaman ifadə azadlığını qoruyacağıq. Bununla yanaşı ifadə azadlığı sərhədsiz deyil və başqalarına hörmətlə yanaşmaq, cəmiyyətə və dünyanı birgə paylaşdığımız insanlara zərər verməməyə çalışmaq borcumuzdur. Məsələn, insanlarla dolu bir kinoteatrda foto, video çəkməyə ixtiyarımız yoxdur. Məhdudiyyətlər həmişə var" - Trüdo bildirib.

Kanada Baş naziri Trüdo Fransa Prezidenti Emmanuel Makronu mövqeyindən kənara çəkilməyə və ifadə azadlığının “ehtiyatlı istifadəsinə” çağırıb.

“Bizim kimi plüralist, multikultural və hörmət göstərilən bir cəmiyyətdə dediyimiz sözlərin və etdiyimiz əməllərin başqalarına, xüsusilə də hələ də böyük miqyasda ayrı-seçkiliyə məruz qalan icmalar və qruplara təsirinin fərqində olmaq bizim borcumuzdur" - Trüdo deyib. 

Trüdo Fransada baş verən terror aktını da qınandığını vurğulayıb və "Kanada bu hərəkətləri səmimi qınadı və biz çox çətin anları yaşayan fransız dostlarımızın yanındayıq" deyib.


Oxunma sayı: 5061

Oxşar yazılar