Ermənistanda koronovirus epidemiyası fəlakət həddinə çatdı - Bir sutkada 50 ölü

  • 12:28 - 31 Oktyabr

Oktyabrın 31-nin səhərinə olan məlumata görə, Ermənistanda koronovirusa yoluxma hallarının təsdiqlənmiş sayı 89813-ə çatıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin mətbuat xidməti məlumat verib.

Sutka ərzində 2381 yeni koronovirus xəstəliyi aşkar edilib. 32788 xəstə müalicə olunur.

Ermənistanda koronovirusdan ümumilikdə 1341 nəfər vəfat edib (ötən sutka ərzində 41 nəfər). Digər səbəblərdən ölən koronovirus xəstələrinin sayı 367 (ötən sutka ərzində 9) təşkil edir.


Oxunma sayı: 3389

Oxşar yazılar