Əfqanıstan vitse-prezidentinin konvoyuna hücum – 2 ölü, 12 yaralı

  • 11:16 - 09 Sentyabr

Əfqanıstan vitse-prezidenti Əmrullah Salehin konvoyuna paytaxt Kabildə hücum olub.

Avropa.info xəbər verir ki, DİN sözçüsü Tarık Aryenin sözlərinə görə, hücum vitse-prezidentin maşını Kabilin Taimani rayonundan keçərkən baş verib.

Salehin əlindən yaralandığı terror aktında 2 nəfər ölüb, 12 nəfər də yaralanıb. Məlumatı vitse-prezident sosial şəbəkə səhifəsindən açıqlayıb.

Partlayış nəticəsində ətrafdakı binaların şüşələri qırılıb. Yollar nəqliyyata bağlanıb. Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.


Oxunma sayı: 6315

Oxşar yazılar