Lukaşenkodan Putinə xəbərdarlıq : "Belarus çökərsə, Rusiya da çökəcək"

  • 00:05 - 09 Sentyabr

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya media təmsilçilərinə verdiyi müsahibədə Putinə xəbərdarlıq edib. 

Avropa.info xəbər verir ki, Lukaşenko Belarusda seçkidən sonra başladılan aksiyaların bir mərkəzdən idarə olunduğunu və belə bir hadisənin Rusiyada baş verəcəyi təqdirdə Moskvanın bununla bacara bilməyəcəyini deyib. 


"Mən çoxlu sayda prezidentlə bu məsələləri müzakirə etmişəm. Prezident Putinə xəbərdarlıq etdim ki, Belarusda başladılan proseslər Rusiyada başlasa bunun qarşısını ala bilməyəcəklər. Rusiyada da bənzər olaylar yaşana bilər. Bu bir mərkəzdən idarə olunur. Belarus çökərsə, Rusiya da çökəcək" - Lukaşenko belə deyib.  


Oxunma sayı: 10627

Oxşar yazılar