Beyrut küçələrində xaos böyüyür : Livanın iki naziri istefa verdi

  • 00:20 - 10 Avqust

Livanın paytaxtı Beyrutda etirazçıların küçələrə axışması ilə başlanan xaos davam edir. 

Avropa.info xəbər verir ki, Beyrutda 158 nəfərin ölümü, 5 mindən çox insanın yaralanması ilə nəticələnən böyük partlayış ölkədə xaodsa səbəb olub. 

Partlayışdan sonra hökumətin istefasını tələb edən livanlı etirazçılar 4 mühüm dövlət binasını ələ keçiriblər. 
 

Etirazlar nəticəsində dünən Livan İnformasiya naziri Menal Abdussamed və Ekologiya naziri Damianos Kattar istefa veriblər.

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayış nəticəsində şəhərə ümumilikdə 10-15 milyard dollardan çox zərər dəydiyi bildirilir.


Oxunma sayı: 5545

Oxşar yazılar