Amerikada məşhur reper güllələndi
- 10:32 - 13 İyul
Məşhur amerikalı reper Lil Marlo ABŞ-ın Atlanta şəhərində güllələnib.
Avropa.info xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən TMZ məlumat yayıb.
Polisin ifadəsinə görə, onlar yol-nəqliyyat qəzası haqda məlumat alıblar. Hadisə yerinə gələn polislər 30 yaşlı reperin cəsədini aşkarlayıblar.
İstintaq musiqiçinin sükan arxasında olarkən güllələndiyni bildirir. Hadisənin təfərrüatları araşdırılır.