Daha bir Avropa ölkəsində futbol çempionatı bərpa olunur

  • 13:41 - 23 May

Yarıda qalmış Portuqaliya futbol çempionatının nə vaxt başlaması məlum olub.

Avropa.info xəbər verir ki, Portuqaliya Primeyrası 3 iyun start götürəcək. Bu tarixdə "Portimonense" və "Jil Visente", həmçinin "Famalikan" ilə "Portu" arasında görüş gözlənilir. 

Hazırda 60 xalla "Portu" çempionatda liderlik edir. 

Qeyd edək ki, Portuqaliya futbol çempionatı koronovirus epidemiyası üzündən dayandırılmışdı.


Oxunma sayı: 16798

Oxşar yazılar