1 il təxirə salınan Tokio Olimpiadasının keçirilmə tarixi açıqlandı
- 17:06 - 30 Mart
Koronovirus epidemiyası üzündən 1 il təxirə salınan Tokio 2020 Yat Olimpiadasının açılışı 2021-ci ilin 23 iyuluna nəzərdə tutulub.
Avropa.info xəbər verir ki, olimpiada təşkilatçıları idman tədbirini vaxtında keçirmək istəsə də, epidemiyanın böyüməsi nəzərə alınaraq, 2021-ci il 23 iyul - 8 avqust tarixlərində keçirilməsinə qərar verilib.
Tokio şəhəri oyunların keçirilməsinə 12,6 milyard dollar xərcləmişdi. Təxirə salma qərarı Yaponiyaya daha 6 milyard dollara başa gələcək.
Qeyd edək ki, Olimpiada oyunları bu günədək yalnız müharibə üzündən ləğv edilib. 1940 Tokio Olimpiadası bu üzdən keçirilməmişdi.