"İnsanlar işə qayıtmaq istəyir, bu tətil iqtisadiyyatımızı pisləşdirəcək" - Tramp koronovirusa görə tətilə buraxılmanın əleyhinədir

  • 05:16 - 26 Mart

"Nyu York koronavirusla mübarizədə ciddi problem yaşayır. Nyu Yorku ağır həftələr gözləyir."

Avropa.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib. ABŞ-ın bəzi ştatlarının "fəlakət zonası" elan edildiyini xatırladan Tramp, koronavirusun iqtisadiyyata ağır zərbələr vuracağını deyib.
 

"Bir çox insan işə qayıtmaq istəyir. Tələsik bir qərar vermək istəmirəm. Yenidən elm adamları və kabinet üzvləri ilə görüşüb qərar verəcəyik. Bu tədbirlər nə qədər uzun olarsa, iqtisadiyyatımız o qədər pisləşər. Bəzi NATO və Avropa Birliyi olan ölkələr bu prosesdə bizdən yararlandı. Bunlar müttəfiqlərimizdi. Bizi oyuna gətirdilər. İstahsal etdiyimiz məhsulları ölkələrinə qəbul etməmək üçün müəyyən şərtlər qoydular." 

Tramp ABŞ-da koronavirusla bağlı çoxlu sayda test keçirilməsinin doğru olmadığını deyib.

"Heç kimin ölməsini istəmirəm. Biz dünyada ən çox test keçirən ölkəyik. Ancaq yenə də bütün ölkəni test etmək lazım deyil. 350 milyon insan niyə test etdirsin ki?  Bu gülüncdür" - Tramp belə deyib.  


Oxunma sayı: 7976

Oxşar yazılar