Rusiya hərbi təyyarəsi qəzaya uğradı

  • 02:04 - 26 Mart

Rusiya Müdafiə Nazirliyi, Qara dənizdə Su-27 qırıcı təyyarəsinin qəzaya uğradığını açıqlayıb.

Avropa.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada, Su-27 qırıcı təyyarəsinin Krımda Qara dəniz üzərində uçuş zamanı radarlardan itdiyi və bölgədə bir neçə dəqiqədən sonra təcili yardım siqnalının alındığı bildirilib. 
 

"İlkin məlumata görə, təyyarə dənizə düşdü. Pilotun axtarışı pis hava şəraiti ilə əlaqədar çətinləşib" - Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada belə deyilir.


Oxunma sayı: 6700

Oxşar yazılar