İsraildən Dəməşq və Qəzzaya gecə hücumu – Hərbi obyektlər bombalandı

  • 11:58 - 24 Fevral

İsrail hərbi təyyarələri Suriya paytaxtı Dəməşq yaxınlığındakı Ədliyə rayonunda hərbi obyektlərə ard-arda zərbələr endirib.

Avropa.info xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat katibi Aviçay Adrae açıqlayıb. 

Suriyanın rəsmi dövlət agentliyi SANA İsrailə məxsus hərbi təyyarələrin Dəməşq ətrafındakı obyektlərə zərbə endirməsi, Suriya HHM sistemlərinin hücuma cavab verməsi haqda məlumat yayıb. Məlumatda İsrailin işğalı altında olan Colan təpələrindən də raket atəşi açıldığı bildirilir.

Aviçayın sözlərinə görə, İsrail təyyarələri Suriya ilə yanaşı Qəzza zolağındakı  obyektlərə də zərbə endirib. 

Qəzza Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf Kudra İsrail hücumu nəticəsində 4 nəfərin yaralandığını deyib.

İsrail ordusunun daha əvvəl verdiyi açıqlamada, Qəzza zolağından İsrailə doğru 21 raket buraxıldığı, raketlərdən 13-nün HHM sistemi ilə vurulduğu qeyd olunmuşdu. Hücumun məsuliyyətini İslami Cihad Hərəkatının hərbi qanadı Qüds Səriyyələri öz üzərinə götürüb. Raketlərin İsrailin 1 Qüds Səriyyələri üzvünü öldürməsi, 3-nü yaralamasına cavab olaraq buraxıldığı bildirilir. 


Oxunma sayı: 4203

Oxşar yazılar