Dünyanı həyəcanlandıran xəbər: Koronavirusun müalicəsi Türkiyədə tapıla bilər – Foto

  • 11:22 - 24 Fevral

Dünyanı təsiri altına alan koronavirusla bağlı həyəcanlı xəbərlər gəlməyə davam edir. Avropada virusa yoluxmaların sayında qorxunc artım müşahidə edilir.

Avropa.info-nun məlumatına görə, dünyanı həyəcanlandıran xəbər Kıbrıs türkü, professor İbrahim Benterdən gəlib. 

Professor deyib ki, koronavirusun mülaciəsinin Türkiyədə tapılması mümkündür. 

Qeyd edək ki, Çinin Uhan şəhərində ortaya çıxan Kovid-19 vurisuna yoluxma və ölü sayı getdikcə artır. İndiyədək epidemiyaya yoluxanlardan 2 min 467 nəfər ölüb. Dünya miqyasında virusa yoluxanların sayı 79 min nəfəri keçib. 

BAHREYNE DE SIÇRADI

Kovid-19 virusunu yayıldığı digər ölkələrdə də ölümə səbəb olub. İranda 8, Yaponiyada 3, Cənubi Koreyada 6, İtaliyada 2, Tayvan, Fillipin və Fransada 1 nəfər bu xəstəlikdən ölüb. 

"Röyter"in yaydığı xəbərə görə, yeni tip virus Bəhreynə də yayılıb. Küveyt Səhiyyə Nazirliyi İranın Məşhəd şəhərindən gələn 3 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi İran İslam Respublikasına səyahət edən Azərbaycan vətəndaşlarını diqqətli olmağa çağırıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi son zamanlar yeni növ virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edir.


Oxunma sayı: 8163

Oxşar yazılar