Trampın seçkidə əsas rəqibi daha bir praymerizi qazandı

  • 11:32 - 24 Fevral

Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkisində Demokrat Partiyasının əsas namizədinin müəyyən edilməsi  üçün praymeriz seçkiləri davam edir.

Avropa.info xəbər verir ki, Nevada ştatında keçirilən praymerizdə Vermont ştatının senatoru Berni Sandersin qalib gəldiyini demək olar. Səslərin 50%-i sayılıb və Sanders 49%-lə irəlidədir. Rəqibi Co Bayden isə 19% səs qazana bilib. Beləliklə, Sanders rəqibləri qarşısında öndədir.

Sandersin səslərin çox hissəsini alması Latın Amerika əsilli miqrantların, bəzi həmkarlar təşkilatlarının və gənclərin dəstəyi ilə izah olunur. Noyabrda keçiriləcək seçkidə Donald Trampın qarşısına çıxacaq namizədin mart ayında dəqiqləşəcəyi gözlənilir.


Oxunma sayı: 3323

Oxşar yazılar