İraq iranlıların ölkəyə giriş qadağasını uzatdı - Kovid-19 epidemiyası

  • 11:08 - 24 Fevral

İraq hökuməti yeni koronovirus (Kovid-19) epidemiyasına görə, iranlıların ölkəyə giriş qadağasını daha 15 gün uzadıb.

Avropa.info xəbər verir ki, bu barədə İraq Sərhəd-keçid Xidməti məlumat yayıb. Qərar Kovid-19 böhranı ilə Mübarizə Mərkəzi və İran səfirliyi ilə keçirilən görüşdən sonra verilib.

Adının açıqlamaq istəməyən rəsmi şəxs, qadağanın diplomatik pasport sahiblərinə tətbiq olunmayacağını deyib. 

İran Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə Kovid-19-a yoluxma halı 43 nəfərdə, virusdan ölüm halı 8 nəfərdə qeydə alınıb.


Oxunma sayı: 3510

Oxşar yazılar