İrandakı zəlzələ ölkənin özündə də fəsadlar törədib - yaralıların sayı 75-ə çatıb

  • 17:00 - 23 Fevral

 

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb.

Bunu Xoy şəhər Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Möctabı Kamari bildirib.

***

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ ölkənin özündə də fəsadlara səbəb olub.

Bunu İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi deyib.

M.Xalidi bildirib ki, Xoy şəhərinin Qətur bölgəsində 5,7 maqnitudalı zəlzələ zamanı 25 kənddə evlərə 20-90 faiz civarında ziyan dəyib, bəzi evlər dağılıb, 36 nəfər xəsarət alıb.

Xatırladaq ki, zəlzələ yerli vaxtla saat 9:22 radələrində yerin 6 kilometr dərinliyində baş verib.

M. Xalidinin sözlərinə görə, daha sonra 13 afteşok qeydə alınıb.

Onu da qeyd edək ki, İranın Xoy şəhərində baş vermiş zəlzələ Türkiyənin Van şəhərində də insan tələfatına və dağıntılara yol açıb. Bu vaxta olan məlumata görə, zəlzələ nəticəsində orada 8 nəfər həlak olub, daha 21 nəfər isə yaralanıb.


Oxunma sayı: 3334

Oxşar yazılar