İsrailin Çindəki səfiri koronavirusa görǝ karantinǝ alındı

  • 13:38 - 23 Fevral

İsrailin Çindəki səfiri Zvi Heifetz koronovirusunun yeni növünə yoluxmuş Cənubi koreyalı zəvvarlarla eyni reyslə uçub. 

Bu barədə “Walla” nəşri məlumat yayıb. Qeyd olunub ki, səfir Cənubi Koreya vətəndaşlarını Seula aparan təyyarədə olub. 

Nəticədə diplomatın iki həftə ərzində öz evində karantində saxlanılması barədə qərar qəbul edilib. 

Həmçinin, zəvvarlarla təmasda olduğuna görə İsraildən olan 30 məktəbli və iki müəllim də karantinə alınıb.(report)


Oxunma sayı: 4654

Oxşar yazılar