Türkiyədə zəlzələ zamanı ölən və yaralananların sayı artdı - 9 ölü, 37 yaralı (Yenilənib)

  • 15:26 - 23 Fevral

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

Bunu Türkiyə  Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.

Yaralılardan 9-nun durumu ağırdır.

*** 

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda ölənlərin sayı 8 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Xilasetmə əməliyyatları davam edir.

***

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Türkiyə Daxili İşlər naziri Süleyman Soyolu Vanın Başqala qəsəbəsinə bağlı Özpınar kəndində 6 nəfər, Güvənlik kəndində 1 nəfərin dağıntılar altında qalaraq öldüyünü bildirib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib.

 

 

***

saat 12.08

Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən 5,9 maqnitudalı zəlzələ Türkiyədə dağıntı və tələfata yol açıb.

Türkiyənin Van rayonunun Başqala qəsəbəsində dağıntılar altında qalan 3-ü uşaq olmaqla, 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu dağıntılar altında qalanların olduğunu bildirib. 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.


Oxunma sayı: 4379

Oxşar yazılar