Bir aydır axtarışda olan şəxs saxlanıldı – Foto

  • 13:10 - 28 Dekabr

Sabunçu rayonunda axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Cavidan Babayev saxlanılıb.

C. Babayev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib, təqsirlədirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.
Tutulan zaman C.Babayev əlavə olaraq yaşadığı evin müxtəlif yerlərində gizlətdiyi kibrit qutularında qablaşdırdığı ümumi çəkisi 160 qramdan artıq olan qurudulmuş marixuananı da polis əməkdaşlarına təhvil verib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə əkdiyini eitraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi əməkdaşlarının cari il noyabr ayının 12-də Maştağa qəsəbəsində C.Babayevə məxsus evdə keçirdikləri əməliyyat zamanı onun həyətyanı sahəsində yerləşən istixanadan 316 ədəd ümumi çəkisi 12 kiloqram 710 qram olan narkotik tərkibli əkilib-becərilməsi qadağan olunan çətənə bitkisi aşkar olunub. Həmçinin C.Babayevin evinə baxış keçirilən zaman 1 ədəd sənədsiz ov tüfəngi, 7 ədəd patron və ümumi çəkisi 30 qramdan artıq olan qurudulmuş marixuana da müəyyən edilərək polislər tərəfindən götürülmüşdü. Həmin vaxt ev sahibi C.Babayev polis əməkdaşlarından qaçaraq bir müddət gizlənsə də, sonuncu əməliyyat zamanı o saxlanılaraq istintaqa təqdim edilib.


Oxunma sayı: 7162

Oxşar yazılar