Ermənistanda prokurorlar keçmiş prezident və baş prokurora qarşı cinayət işlərinə baxmaqdan imtina edirlər

  • 12:02 - 26 Dekabr

Ermənistanda prokurorlar ölkənin keçmiş prezidenti Serj Sarqsyan və sabiq baş prokuror Gevork Kostanyana qarşı cinayət işlərinə baxmaqdan imtina edirlər.

“Qraparak” xəbər verir ki, buna səbəb onların gələcəkdə cinayət məsuliyyətinə cəlb edilə bilmələrindən ehtiyat etmələri göstərilir.

Bildirilib ki, Serj Sarqsyan bir milyon dollarlıq dövlət əmlakını mənimsəməkdə, Gevork Kostanyan isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

Məlumata görə, prokuror Akop Tadevosyanın cinayət işinə baxmaqdan imtina edilməsi nümunə olaraq göstərilir. Bu il dekabrın 20-də o, işdən azad edilib. Ermənistan Baş Prokurorluğunun Mətbuat Xidməti faktı təsdiqləyərək bildirib ki, Tadevosyan öz istəyi ilə işdən azad edilib. 

Report


Oxunma sayı: 5952

Oxşar yazılar