Azərbaycan Prezidenti: SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək

  • 18:36 - 17 Dekabr

SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək.

Avropa.info xəbər verir ki, bu sözləri dekabrın 17-də Prezident İlham Əliyev Bakıda Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, 4 neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq”, - deyə Azərbaycan Prezidenti bildirib.


Oxunma sayı: 7052

Oxşar yazılar