İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

  • 23:55 - 16 Dekabr

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030, № 12 (I kitab), maddə 2330; 2018, № 5, maddə 901, № 10, maddə 1991, № 12 (I kitab), maddə 2592; 2019, № 5, maddə 857) 6-cı hissəsində “2019-cu” sözləri “2020-ci” sözləri ilə əvəz edilib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; 2019, № 1, maddə 60, № 3, maddələr 411, 416, № 6, maddə 1014) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “566 000 000 (beş yüz altmış altı milyon)” sözləri “637 000 000 (altı yüz otuz yeddi milyon)” sözləri ilə əvəz olunub.

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 897, № 12 (I kitab), maddə 2592) 3.2-ci bəndində “2019-cu” sözləri “2020-ci” sözləri, “2019-2022-ci” sözləri “2019-2023-cü” sözləri ilə əvəz edilib.


Oxunma sayı: 7206

Oxşar yazılar