ARDNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib, Əli Əsədov sədr seçilib

  • 22:10 - 16 Dekabr

Nazirlər Kabinetində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, iclasda ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi haqqında sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Baş Nazir Əli Əsədov Müşahidə Şurasına sədr seçilib. 

Eyni zamanda ARDNF-nin 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.


Oxunma sayı: 9032

Oxşar yazılar