Təbii qaz ixracını 62%-dən çox artırmışıq

  • 19:10 - 16 Dekabr

Azərbaycan bu ilin yanvar-noyabr aylarında 10,465 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsinə (DGK) verdiyi məlumata görə, bu həcmdə təbii qazın dəyəri 2 078,693 milyon ABŞ dolları təşkil edib.

11 ay ərzində ixrac edilmiş "mavi yanacağ"ın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 62,2%, dəyəri isə 65,5% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,4% olub.


Oxunma sayı: 10913

Oxşar yazılar