Tramp Çin ilə anlaşdı - Əlavə gömrük rüsumu ləğv edildi

  • 12:24 - 14 Dekabr

ABŞ prezidenti Donald Tramp Çin ilə aparılan ticarət danışıqlarının birinci fazasında razılığa gəldiklərini deyib.

Avropa.info xəbər verir ki, o, bu barədə “Twitter” hesabında açıqlama verib:

“Çin ilə çox geniş əhatəli birinci faza ticarət müqaviləsi ilə bağlı razılığa gəldik. Çin bəzi struktur dəyişikliklər və böyük miqdarda kənd təsərrüfatı məhsulları, enerji, emal olunmuş məhsullar və daha bir çox şeyi satın almağa razı oldu”.

15 dekabrda Çinə tətbiq etmək istədiyi əlavə gömrük vergisini ləğv etdiyini deyən Tramp ikinci faza danışıqlar üçün 2020-ci seçkisini gözləməyəcklərini bildirib.


Oxunma sayı: 11628

Oxşar yazılar