YAP-ın Siyasi Şurasının iclası başladı – Baş nazir də iştirak edir (Yenilənib)

  • 09:58 - 28 Noyabr

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilir.

"Report"un xəbərinə görə, iclasda YAP Siyasi Şurasının üzvləri, o cümlədən Şura üzvü, Baş Nazir Əli Əsədov da iştirak edir.

İclasda hansı məsələlərin müzakirə olunduğu yaxın saatlarda açıqlanacaq.

***

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçiriləcək.

Partiyadan Avropa.info-ya verilən məlumata görə, iclas saat 11:00-da başlayacaq.

Hələ ki iclasın gündəliyi açıqlanmayıb.

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Siyasi Şuranın iclasının yekunları ilə bağlı saat 15.00-da mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, hazırda YAP-ın Siyasi Şurasında 85 nəfər, İdarə Heyətində 20 nəfər təmsil olunur.


Oxunma sayı: 12387

Oxşar yazılar