Asiya İnkişaf Bankı Şərq-Qərb magistralının Gürcüstan hissəsinin modernləşdirilməsinə kredit ayıracaq

  • 21:12 - 27 Noyabr

Asiya İnkişaf Bankı (AİB) Böyük İpək yolunun tərkib hissəsi olan Şərq-Qərb magistralının Gürcüstandan keçən hissəsinin modernləşdirilməsi üçün 255,1 milyon avro kredit ayıracaq.

Bununla bağlı Gürcüstan ilə AİB arasında saziş imzalanıb. Sənədi Gürcüstanın Maliyyə naziri İvane Maçavariani və AİB-in bu ölkədəki daimi nümayəndəliyinin rəhbəri Şeyn Rozental imzalayıblar. Bildirilib ki, bu vəsait Gürcüstanın əsas sürət avtomagistralı olan Şərq-Qərb yolunun inkişafına yönəldiləcək. Vəsait 14,7 kilometr uzunluğunda olan 4 zolaqlı Şorapani-Arqveta yolunun inşasına və yol hərəkətinin təhlükəsizliyinin artırılmasına xərclənəcək.

Eyni zamanda, layihə çərçivəsində 14 körpü və 12 tunelin tikintisi də nəzərdə tutulub.


Oxunma sayı: 3488

Oxşar yazılar