Vladimir Zelenski: Litva bizim etibarlı tərəfdaşımız və müttəfiqimiz kimi qalır

  • 20:38 - 27 Noyabr

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Litva bütün beynəlxalq məkanlarda Ukraynanın etibarlı tərəfdaşı və müttəfiqi olub və bu gün də belədir.

Ukrayna dövlətinin başçısı bu fikri Vilnüsdə Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə danışıqların yekunlarına əsasən KİV nümayəndələri ilə görüşdə söyləyib.

Prezident Zelenski vurğulayıb: “Bütün beynəlxalq məkanlarda – BMT, ATƏT, Avropa Şurası və UNESCO-da Litva bizim etibarlı tərəfdaşımız və müttəfiqimiz olub və bu gün də belədir”.

Ukrayna və Litva Respublikası Prezidentləri Şurasının iclasının yekunlarına əsasən bir sıra sənədlər, o cümlədən “2020-2024-cü illər üçün Ukrayna ilə Litva Respublikası arasında strateji tərəfdaşlığın inkişafına dair Bəyannamə” imzalanıb.

Birgə bəyanatda Ukrayna və Litva tərəfindən beynəlxalq və regional təhlükəsizlik, Avropaya və Avroatlantikaya inteqrasiya, iqtisadiyyat, sosial siyasət, ticarətin və investisiyaların inkişafı, elmi, mədəni və humanitar sahələrdə əməkdaşlıq kimi məsələlərlə bağlı bir sıra müştərək tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Oxunma sayı: 9406

Oxşar yazılar