ATƏT PA-nın prezidenti və Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

  • 19:10 - 27 Noyabr

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. 

Bu barədə Gürcüstan parlamentinin Mətbuat Xidməti məlumat yayıb. 

Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesindəki xüsusi rolu barədə müzakirələr aparılıb. 

Tərəflər həmçinin regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər. 

Gürcüstan və Ermənistan arasındakı qarşılıqlı əlaqələr də müzakirə mövzularından olub. (apa)


Oxunma sayı: 7536

Oxşar yazılar