Azərbaycan Xalq Hərəkatının iclasında dava düşdü – Video
- 11:14 - 27 Noyabr
Azərbaycan Xalq Hərəkatının bu gün keçirilən iclasında dava düşüb.
Avropa.info "qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının qərargahında keçirilən iclasın müzakirəsi İsgəndər Həmidovun qurumdan uzaqlaşdırılması ilə bağlı olub.
Media nümayəndələrinin iclası sosial şəbəkə vasitəsi ilə canlı yayımlanması iclas üzvlərinin bəzilərinin narazılığı ilə qarşılanıb. Bu zaman canlı yayımla bağlı məsələ səsverməyə çıxarılıb. Lakin səsvermə zamanı ara qarışıb və bu iclasın yarımçıq qalması ilə nəticələnib.
SRUX2KeGO40