Azərbaycan XİN Albaniyaya başsağlığı verib

  • 20:55 - 26 Noyabr

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Albaniyada baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

"Albaniyada bu gün baş verən güclü zəlzələ ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq. Zəlzələ qurbanlarının yaxınlarına və Albaniya xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik", - deyə qeyd olunub.

Xatırladaq ki, Albaniyada baş verən 6.4 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb, 600 nəfərdən çox insan xəsarət alıb.


Oxunma sayı: 8361

Oxşar yazılar