Bakıda NATO-nun Hərbi Komitəsinin sədri və Rusiyanın Baş Qərargah rəisi arasında görüş keçiriləcək

  • 19:10 - 26 Noyabr

Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçiriləcək.

Bunu noyabrın 26-da Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç bildirib.

O, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.


Oxunma sayı: 5204

Oxşar yazılar