Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi

  • 15:08 - 26 Noyabr

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində ünvanına gələn təbriklərə görə təşəkkür edib.

Avropa.info təşəkkür mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!

Sevgilərlə,

Sizin Mehriban".


Oxunma sayı: 4874

Oxşar yazılar