İsveç Belarusun adını dəyişdi - Rəsmi qərar

  • 23:50 - 25 Noyabr

İsveç Xarici İşlər Nazirliyi rəsmi şəkildə Belarusun adını dəyişdirməklə bağlı qərar verib. Ölkə bundan sonra “Ağ Rusiya” yox, Belarus adlandırılacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu məlumatı öz Tvitter səhifəsində İsveçin Xarici İşlər naziri Ann Linde paylaşıb.

“Biz bunu edirik ki, Belarus xalqının, vətəndaş cəmiyyətinin və diasporunun milli identikliyi və ölkənin suverenliyini qeyd etmək arzusunu təsdiqləyək”, – deyə o bildirib.

Belarusun İsveçdəki səfiri Dmitri Mironçik artıq İsveç Xarici İşlər Nazirliyinin atdığı addıma görə rəsmi Stokholma təşəkkür edib.

 


Oxunma sayı: 3697

Oxşar yazılar