İran səfirliyinin qarşısında aksiya keçirildi

  • 15:02 - 25 Noyabr

Bu  gün Azərbaycan Xalq Hərəkatının (AXH) üzvləri tərəfindən İranın Azərbaycandakı səfirliyi qarşısında, İran İslam Respublikasında son günlər yaşanan kütləvi xalq etirazları zamanı İran türklərinin hakimiyyət orqanları tərəfindən təqib, təzyiq və qətlləri ilə bağlı etiraz piketi keçirilib.

Avropa.info xəbər verir ki, piketçilər şüarlar səsləndirib, İran səfirliyinə qətnamə təqdim edəndən dərhal sonra saxlanılaraq polis idarəsinə aparılıblar.

AXH piket iştirakçılarının həbsi ilə bağlı bəyanat verərək, onların azad edilməsini tələb ediblər.


Oxunma sayı: 5358

Oxşar yazılar