“Tibbi sığorta haqqında” qanun Milli Məclisin gündəliyinə daxil edildi

  • 11:59 - 25 Noyabr

Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Avropa.info xəbər verir ki, iclasın gündəliyindəki məsələlərin sayı artırılıb.

Parlamentin bugünkü iclasının gündəliyinə “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişiklik I oxunuşda müzakirəyə çıxarılacaq. Bununla da müzakirə olunacaq məsələlərin sayı 18-dən 19-a qaldırılıb.

Qeyd edək ki, "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” , “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişikliklərin müzakirəsi daha öncədən gündəliyə daxil edilmişdi


Oxunma sayı: 3983

Oxşar yazılar