"Yeni Azərbaycan Partiyası XXI əsrin və üçüncü minilliyin partiyasıdır" – Nübar Abbaslı

  • 10:18 - 25 Noyabr

Yeni Azərbaycan Partiyası XXI əsrin və üçüncü minilliyin partiyasıdır. 

Avropa.info xəbər verir ki, bunu  Yeni Azərbaycan Partiyasi Qaradağ rayon təşkilatının məsləhətçisi, Qadınlar şurasının üzvü, “Qarabağ” döyüş dövləri klubunun 1-ci vitse-prezidenti Nübar Abbaslı deyib.

Onun sözlərinə görə, bu proqram ona görə Azərbaycan siyasətində əsas hərəkət və istiqamətverici sənədinə çevrilə bildi ki, o, tamamilə gerçəkliyi əks etdirdi və Azərbaycan xalqının real ehtiyaclarına uyğun idi: 

"Təəssüf ki, hər zaman müxalifət görülən bütün işlərimizin üzərinə qara yaxır, cəmiyyətə bütün bunları təhrif edilmiş şəkildə çatdırmaq istəyir. Lakin vurğulamaq lazımdır ki, günəşi palçıqla suvamaq olmaz. Yeni Azərbaycan Partiyası zamanın ehtiyaclarından yarandı. Azərbaycan dövlətinin və Azərbaycan xalqının xilasında tarixi missiyanı öz üzərinə götürən bu partiya ictimai-siyasi təşkilatlar arasında həmişə avanqard rolunu oynamışdır. Yeni Azərbaycan Partiyasının yaranmasından keçən 27 illik dövr göstərdi ki, belə qüvvətli, mütəşəkkil siyasi təşkilata böyük ehtiyac var. Ümumilikdə, ötən bu dövr ərzində partiyamızın üzvləri ümummilli lider Heydər Əliyevin və onun davamçısı olan İlham Əliyevin qətiyyətli mövqeyini və ardıcıl siyasi dəsti-xəttini prinsipial şəkildə müdafiə etmişlər. Partiyanın banisi Heydər Əliyev ən böyük siyasətçi kimi tarixə imzasını atdı və belə bir duhanın başlanğıc etdiyi bu partiya bu gün İlham Əliyevin rəhbərliyi altında  yaşayacaq və mənsub olduğu xalqı böyük qələbələrə qovuşduracaq".


Oxunma sayı: 16776

Oxşar yazılar