“Jurnalistlər milçəkdən fil düzəldər, fili isə milçəyə çevirər...”

  • 23:14 - 24 Noyabr

Azərbaycan jurnalistlərinin Ermənistana və Dağlıq Qarabağa, erməni jurnalistlərinin isə Azərbaycana bu günlərdə baş tutmuş səfərləri regionda “qeyri-rəsmi diplomatiya” yolu ilə gələcək sülhün əsaslarını qoymaq baxımından yaxşı başlanğıcdır.

Virtualaz.org xəbər verir ki, bu barədə Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri, ordu generalı, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov EADaily nəşrinə açıqlamasında bildirib.

Onun fikrincə, çox mühümdür ki, proqramda Qarabağ da iştirak edir. Rusiyalı diplomat hesab edir ki, dinc nizamlama prosesində Qarabağ əhalisinin də maraqları birbaşa təmsil olunmalıdır.

“Jurnalistlərin mübadiləsi proqramı çox mühüm təşəbbüsdür. Bu, düzgündür. Axı bu prosesdə jurnalistlərdən və KİV-lərdən çox şey asılıdır. Milçəkdən fil düzəltmək olar və ya fili milçəyin ölçüsündə kiçiltmək olar ki, həmin fil heç kimi tapdalamasın”,-Trubnikov qeyd edib.

Rusiyalı diplomat jurnalistlərin qarşılıqlı səfərinin məxfi saxlanılmasına haqq qazandırıb, deyb ki, bunu anlamaq olar. Çünki 18 ildən bəri ilk dəfədir tərəflər arasında publik diplomatiya çərçivəsində birbaşa təmas baş tutur.

“Jurnalistlər burada mühüm rol oynayır. Axı informasiyanın təqdim edilməsindən ictimai əhval-ruhiyyə çox asılıdır. İctimaiyyəti elə qızışdırmaq olar ki, yuxarılarda sadəcə olaraq heç bir həll qərarı qəbul etməyəcəklər. Çünki öz mövqelərindən qorxacaqlar”,-o əlavə edib.

Vyaçeslav Trubnikov 2001-ci ildə Azərbaycan və Ermənistan prezidentləri arasında ABŞ-ın Ki-Uest şəhərində baş tutumuş kritik danışıqlarda iştirak edib.


Oxunma sayı: 4335

Oxşar yazılar