Boliviyanın müvəqqəti rəhbəri yeni prezident seçkiləri haqqında qanun imzalayacaq

  • 14:37 - 24 Noyabr

Boliviyanın müvəqqəti prezidenti Janin Anyes yeni ümumi seçkilərin keçirilməsi ilə əlaqədar ölkə parlamenti tərəfindən təsdiqlənən qanunu imzalayacaq.

Bunu J.Anyes öz "Twitter" səhifəsində yazıb.

J.Anyes bildirib: "Sabah saat 10:00-da Parlament tərəfindən təsdiqlənən "Ümumi seçkilərin keçirilməsi üçün xüsusi və müvəqqəti rejim haqqında" qanunu imzalayacağam".

  •  
  •  

Aqnes, eyni zamanda, 20 oktyabr səsverməsinin nəticələrinin ləğv edilməsini və Ali Seçki Məhkəməsinin yeni üzvlərinin təyin olunmasını nəzərdə tutan sənədi təsdiqlədiklərinə görə parlament üzvlərinə təşəkkür edib.


Oxunma sayı: 4423

Oxşar yazılar