Liman şəhər sakinindən narkotik vasitələr götürülüb

  • 20:39 - 13 Noyabr

Noyabrın 7-də saat 22 radələrində Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində bir nəfərin sellofan torbanı yerə ataraq “Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-a bildiriblər ki, polis əməkdaşları dərhal həmin ünvana gəliblər. Sellofan torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Liman şəhər sakini E.Bağırov olması müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin də aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxunma sayı: 4918

Oxşar yazılar