Qusarda toyda dava: 1 nəfər bıçaqlandı
- 17:25 - 13 Noyabr
Qusar rayonunda toyda dava olub.
Avropa.info Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Gican kəndində toy mərasimində baş verib.
Kənddə keçirilən toy mərasimində kənd sakini Əlimətov Gülməmməd Gülməd oğlu sərxoş vəziyyətdə həmkəndlisi,1971-ci il təvəllüdlü Xanbubayev Adil Sabir oğlu ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. G.Əlimətov A.Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyərkən A.Xanbabayev üzərində gəzdirdiyi bıçaqla ikinciyə 3 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb.