Prezident icra başçısını işdən çıxardı - Yeni təyinat

  • 15:57 - 31 Oktyabr

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. 

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.  

Sərəncama əsasən, Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.  

Ölkə başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.


Oxunma sayı: 5039

Oxşar yazılar