Britaniyada siyasi partiyalar növbədənkənar seçkilərə hazırlaşır

  • 22:41 - 30 Oktyabr

Böyük Britaniyadakı siyasi partiyalar dekabrın 12-də keçiriləcək növbədənkənar seçkilərə hazırlaşır.

Hazırkı deputatların bir çoxu üzv olduğu siyasi partiyadan namizədliyini irəli sürəcək, lakin bəziləri seçkilərdə müstəqil namizəd kimi iştirak edəcəklər.

Baş Nazir Boris Conson da seçkilərdə mübarizə aparmağa hazır olduğunu bildirib.

Ölkədə 650 seçki dairəsi fəaliyyət göstərir. 46 milyon seçicinin öz namizədini seçəcəyi gözlənilir. Parlamentə 650 deputat seçiləcək. Nəticələr elan olunandan sonra qalib partiyanın lideri Bukingem sarayına gedərək Kraliçadan yeni hökumətin qurulması üçün icazə istəyəcək.

Qeyd edək ki, Britaniyada hökuməti seçmək üçün ümumi seçkilər beş ildən bir keçirilir. Ancaq bu, 2015-ci ildən bəri ölkədə keçirilən üçüncü seçki olacaq.


Oxunma sayı: 3444

Oxşar yazılar